Məhşur aktyor Kenan İmirzalıoğlu iştirak etdiyi tədbirdə göz yaşlarına hakim ola bilməyib.
Medianews.az xəbər verir ki, Qadın və Demokratiya Fondunun(KADEM) 25 Noyabr – “Qadına Qarşı Şiddətlə Mübarizə Günü” çərçivəsində keçirdiyi kampaniyanın təqdimatı baş tutub.
Tədbirdə qurumun qadın qətlləri və məişət zorakılığına yönəlmiş “Şiddətə Qarşı Həmişə Birlikdə” kampaniyasının simvolu – Turuncu Nöqtə ictimaiyyətə təqdim olunub.
Kampaniyanın ekran üzü olan Kenan İmirzalıoğlu, qadın cinayətləri ilə bağlı çıxış zamanı duyğulanaraq göz yaşlarını saxlaya bilməyib.
Aktorun yanında olan həyat yoldaşı Sinem Kobal isə tədbir boyunca onun əlini buraxmayaraq ona dəstək olub.
Videonu aşağıdakı linkdən izlə bilərsiniz:
https://www.haberler.com/izle/fe00a428c5/
Medianews.az