Medianews.az
Qız maşından yola düşdü -
2,453 baxış

Qız maşından yola düşdü - ANBAAN VİDEO

Başqırdıstanda 19 yaşlı qız avtomobildən yolun hərəkət hissəsinə düşüb.

Medianews.az xəbər verir ki, hadisə noyabrın 15-dən 16-na keçən gecə, Oktyabrski şəhərində baş verib.

Qız, gecə saatlarında, yaşları 21 və 19 olan iki oğlanla tanış olub. Daha sonra onların avtomobilinə əyləşib və onlarla birlikdə əylənməyə gedib.

Hadisə şahidi bildirib ki, kafeyə gələndə qız yuxlu olub və avtomobildən düşməyib. 19 yaşlı sürücü 21 yaşlı dostundan maşını bir yerdə saxlamağını istəyib. Avtomobil hərəkətə keçən kimi fırlanıb. Həmin an qız avtomobildən yolun hərəkət hissəsinə düşüb. Sürücü qızın avtomobildə olduğunu bilməyib və musiqinin səsindən heç bir şey eşitməyib.

Hüquq-mühafizə orqanları qızı dindirəndə o, hər şeyi təsdiqləyib. Onun heç kimdən şikayəti olmayıb. Qız həkimə və polisə müraciət etməyib.

Polislər iki gənci saxlayıb.

Sosial şəbəkələrdə baş verənlərlə bağlı tamam fərqli versiya yayılıb. İddiaya görə, oğlanlar azyaşlı qızı gecə klubunun önündə qaçırıb, narkotik maddə verib, sonra isə maşından atıblar. "Başinform" mənbəsinin vurğuladığı bu versiya həqiqətə uyğun deyil.

VİDEO: https://www.bashinform.ru/news/law/2025-11-18/v-bashkirii-devushka-vypala-iz-legkovushki-na-dorogu-4471102

Medianews.az

 

Bizə qoşulun