Almaniyanın Kempten şəhərində 40 yaşlı bələdiyyə əməkdaşı parkomatlardan ümumilikdə 1 milyon avro dəyərində sikkə oğurlamaqda şübhəli bilinir.
Kempten şəhərində bələdiyyə əməkdaşından milyonluq sikkə oğurluğu şübhəsi
Medianews.az-ın məlumatına görə, bələdiyyə işçisi parkomatların boşaldılmasına cavabdeh şəxs olub. Onun yüzlərlə sikkə pulu qeyri-qanuni olaraq özünə götürdüyü bildirilir.
Hadisə bankın pul yuyulması hüquq mühafizə orqanlarına müraciətindən sonra üzə çıxıb. Şübhəli şəxsin həyat yoldaşı hesablar üzrə səlahiyyəti şəxs olduğundan o da istintaqa cəlb edilib.
Bələdiyyə əməkdaşı barəsində 720 oğurluq hadisəsi üzrə cinayət işi başlanıb və o, həbs olunub. Həyat yoldaşı isə ona yardım göstərmək ittihamı ilə tutulub.