Türkiyədə bir ailənin üç üzvü – 37 yaşlı Mehmet Kaya, həyat yoldaşı 33 yaşlı Berna Kaya və onların 5 yaşlı qızları Samyeli evlərində başlarından güllə yarası ilə ölü vəziyyətdə tapılıb.
Medianews.az xəbər verir ki, hadisə Mardinin Kızıltepe rayonunda Turgut Özal məhəlləsində qeydə alınıb.
Ailədən xəbər ala bilməyən qonşular dünən gecə yerli hökumət nümayəndəsi ilə birlikdə mənzilə daxil olublar və dəhşətli mənzərə ilə qarşılaşıblar.
Xəbər verildikdən sonra əraziyə təcili tibbi yardım, polis və yanğınsöndürmə qrupları cəlb olunub. Tibbi yoxlamalar nəticəsində hər üç şəxsin həyatını itirdiyi təsdiqlənib.
Fakt üzrə araşdırma davam edir.
Medianews.az

