Medianews.az
Qatarı sərxoş sürürmüş
80 baxış

Qatarı sərxoş sürürmüş

Almaniyada sərxoş bir maşinist Şimali Reyn-Vestfaliya boyunca hərəkət edən regional ekspress qatarı idarə edib. O, qatarı vağzal əvəzinə açıq yolda saxladıqda, vəziyyəti diqqət çəkib. Qatardaklar təxliyə edilib.

Medianews.az-ın məlumatına görə, 53 yaşlı maşinist “National Express” şirkətinə məxsus RE6 qatarını planlaşdırıldığı kimi Rheda-Wiedenbrück stansiyasında dayandırmayıb, yoluna davam edib və açıq yolda əyləci basıb. Bu barədə Federal Polis məlumat verib. Bundan əvvəl artıq “qapıların bağlanması ilə bağlı nasazlıqlar” müşahidə olunubmuş.

Planlaşdırılmamış dayanma zamanı bir qatar bələdçisi maşinistdən spirt qoxusu gəldiyini hiss edib və qatarın yoluna davam etməsinə mane olub. Federal Polisin əməkdaşları maşinisti nəzarətə götürüblər.

Müayinə zamanı onun qanında 2,7 promil spirt aşkarlanıb. Maşinistdə psixoloji gərginlik əlamətləri olduğundan o, klinikaya yerləşdirilib.

Təxminən 250 sərnişindən heç kim xəsarət almayıb. Yanğınsöndürmə xidməti qatarı Rheda-Wiedenbrück və Oelde arasındakı sahədə təxliyə edib. Maşinisti indi cinayət işi gözləyir.

Medianews.az

Bizə qoşulun