Medianews.az
ABŞ-ın Hörmüz planı: Görün idarəçiliyi
85 baxış

ABŞ-ın Hörmüz planı: Görün idarəçiliyi kimə verir

ABŞ Prezidenti Donald Trampın administrasiyası Hörmüz boğazının nəzarətini beynəlxalq konsorsiuma təhvil verməyi təklif edir.

Bu barədə "The Daily Telegraph" diplomatik mənbələrə istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, ABŞ dövlət katibi Marko Rubio bu ideyanı ötən həftə “Böyük yeddilik” (G7) ölkələrinin xarici işlər nazirlərinin görüşündə təqdim edib.

Rubio boğazda naviqasiyanın ödənişsiz həyata keçirilməli olduğunu vurğulayıb./publika.az

Bizə qoşulun