Medianews.az
Qəribə hadisə: 13 nəfər kanalizasiyaya girdi -
98 baxış

Qəribə hadisə: 13 nəfər kanalizasiyaya girdi - polis hərəkətə keçdi

ABŞ-də qəribə hadisə baş verib. 13 nəfər kanalizasiyaya enib.

Medianews.az xəbər verir ki, hadisə Nyu-Yorkun Bruklin rayonunda gecə saatlarında qeydə alınıb.

Məlumata görə, ilk qrup kanalizasiya lyukundan aşağı enib və təxminən üç saat sonra yenidən üzə çıxıb. Digər qrup isə kanalizasiyaya daxil olaraq səhərə yaxın ərazini tərk edib.

Hadisə yerinə polis, xilasedicilər və ətraf mühit mütəxəssisləri cəlb olunub. Aparılan yoxlamalar zamanı kanalizasiya infrastrukturunda hər hansı zədələnmə aşkar edilməyib.

Rəsmilər kanalizasiya sisteminə daxil olmağın qanunsuz və həyati təhlükəli olduğunu bildiriblər. Hazırda hüquq-mühafizə orqanları hadisələrin bir-biri ilə əlaqəli olub-olmadığını araşdırır.

Medianews.az

Bizə qoşulun