Medianews.az
ABŞ-də həyat bahalaşır: Vətəndaş göz yaşları ilə etiraz etdi -
100 baxış

ABŞ-də həyat bahalaşır: Vətəndaş göz yaşları ilə etiraz etdi - VİDEO

İranla bağlı münaqişə fonunda neft qiymətlərinin artması ABŞ-də həyat xərclərini yüksəldib.

Medianews.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə bir qadının yanacaq və kirayə qiymətlərinə etiraz edərək göz yaşlarını saxlaya bilmədiyi anlar gündəm olub.

Qadın çıxışında benzinin qiymətinin kəskin artdığını vurğulayaraq, “Niyə bunu ödəyirəm? Kirayə onsuz da çox bahadır. Sadəcə işə gedib-gəlmək üçün çalışıram” sözləri ilə narazılığını ifadə edib.

Mütəxəssislərin fikrincə, İranla bağlı gərginlik qlobal enerji bazarına ciddi təsir göstərərək neft qiymətlərini sürətlə yüksəldib. ABŞ-də benzin qiymətləri 4 dolları keçib, neftin bir barelinin qiyməti isə 100 dolların üzərinə qalxaraq son illərin ən yüksək səviyyəsinə çatıb.

Enerji qiymətlərindəki artım kirayə və digər əsas xərclərə də təsir edərək vətəndaşların maliyyə yükünü ağırlaşdırır. İqtisadçılar xəbərdarlıq edir ki, münaqişə uzanarsa, inflyasiya daha da arta və qlobal iqtisadi yavaşlama riski yarana bilər.

Qadının “Bu hələ başlanğıcdır” sözləri sosial mediada geniş müzakirələrə səbəb olub və müharibənin iqtisadi təsirlərinin insanların gündəlik həyatına birbaşa təsir etdiyini göstərib.

Medianews.az

 

Bizə qoşulun