Medianews.az
6 yaşlı uşaq faciəvi şəkildə
87 baxış

6 yaşlı uşaq faciəvi şəkildə öldü

Tovuzda 6 yaşlı uşaq elektrik cərəyanı vurması nəticəsində ölüb. 

Medianews.az xəbər verir ki, hadisə rayonun Çatax kəndində qeydə alınıb.

Belə ki, 2020-ci il təvəllüdlü kənd sakini S. Quliyevi həyətlərində elektrik cərəyanı vurub.

Uşaq xəstəxanaya aparılarkən yolda vəfat edib.

İlkin məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma başlanılıb.//Milli.Az

Bizə qoşulun