Britaniyalı Tommi Qreyvs 8 gün yuxusuz qalıb və yaşadığı ağır təcrübəni paylaşıb.
Medianews.az xəbər verir ki, britaniyalı bunu xeyriyyə aksiyası həyata keçirilərkən edib.
Tommi bildirib ki, qəribə, qeyri-real düşüncələr onu narahat etməyə başlayıb. Beləliklə, ailəsi onu xəstəxanaya aparmalı olub. Həkimlər manik epizod diaqnozu qoyublar. Tommi fiziki olaraq dörd həftədə sağalıb, amma zehni sağalması daha uzun çəkib.
İndi o yuxunun vacibliyini vurğulayır və xəbərdarlıq edir ki, qısamüddətli yuxusuzluq belə zehni sağlamlıq və ümumi rifah üçün ciddi risklər yarada bilər.
Manik epizod diaqnozu - əhvalın və ya əsəbiliyin ən azı bir həftə boyu qeyri-adi dərəcədə yüksəlməsi, insanın həddindən artıq enerjili, impulsiv olması, yuxuya ehtiyacın azalması, gündəlik həyatı ciddi şəkildə pozan bir psixi vəziyyət deməkdir.
Medianews.az