Medianews.az
3 yaşlı qız bacısını
123 baxış

3 yaşlı qız bacısını güllələyərək öldürdü

ABŞ-də 3 yaşlı qız uşağı təsadüfən 1 yaş 9 aylıq kiçik bacısının başına tapança ilə vurub.

Medianews.az xəbər verir ki, uşaqların 26 yaşlı ataları ölümcül hadisə ilə bağlı günahını etiraf edib.

Məlumata görə, o, tapançanı kəmərindən çıxararaq evdə kaminin üzərinə qoyub və başqa otağa keçib. Faciə bu zaman baş verib.

Ağır yaralanan körpənin həyatını xilas etmək mümkün olmayıb. Kişi polisə ifadəsində bildirib ki, qızının silaha maraq göstərdiyini bilirdi və onu nəzarətsiz qoymamalı idi.

Hadisə zamanı uşaqların anası evdə olmayıb. Məhkəmə hökmünün iyulun 9-da elan ediləcəyi gözlənilir.

Medianews.az

Bizə qoşulun