Medianews.az
26-cı ilin siftə populyar adları
114 baxış

26-cı ilin siftə populyar adları

2026-cı il girəndən Azərbaycanda doğulan qızlara ən çox İnci adı qoyulub.

Medianews.az Ədliyyə Nazirliyinə istinadla bildirir ki, populyar qız adlarının ilk beşliyində Alisa, Ayla, Nilay, Məryəm adları da var.

İyirmilikdə sonrakı sıralama belədir: Melisa, Aylin, Zəhra, Nuray, Fatimə, Sevgi, Zeynəb, Alina, Miray, Nazlı, Mələk, Səma, Nərgiz, Sofiya, Xədicə.

Oğlan adları arasında Uğur birincidir. Ən çox qoyulan ilk beş ad arasında Hüseyn, Tunar, Əli, Raul adları da yer alır.

Qalan populyar 15 oğlan adı bunlardır: Murad, Ayaz, Məhəmməd, Yusif, Miran, Ayxan, İbrahim, Onur, Tuncay, Harun, Turan, Emil, David, Altay, Fateh.

Medianews.az

Bizə qoşulun