“Euronews” kanalının internet səhifəsində ABŞ prezidentinin Azərbaycan və Ermənistan rəhbərləri ilə gözlənən görüşündən yazı dərc olunub.
Avqustun 8-i ABŞ prezidenti Donald Tramp paytaxt Vaşinqtonda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar aparacaq. Görüşlərin əsas mövzusunun sülh prosesi olacağı açıqlanıb.
Medianews.az-ın məlumatına görə, “Euronews” Vaşinqton görüşünün Azərbaycanla Ermənistan arasında sülh sazişinin əldə olunmasına təkan verə biləcəyini vurğulayır: “Bu sammit yalnız Cənubi Qafqaz üçün önəmli deyil, qlobal miqyasda da mühüm mesaj daşıyır: Bakı və Yerevan münaqişəni Rusiyasız həll etməyə, xarici siyasətdə isə Moskva əvəzinə Qərbə yönəlməyə hazır olduqlarını nümayiş etdirirlər. Razılaşma imzalanarsa, bu, ABŞ prezidentinin beynəlxalq münaqişələrin həllində liderlik iddiasını gücləndirmiş olacaq”.
Yazıda qeyd olunur ki, Vaşinqton görüşünün keçirilmə vaxtı təsadüfi deyil: “Donald Trampın Kremlə Ukrayna cəbhəsində atəşkəslə bağlı qoyduğu müddətin başa çatdığı bir gündə (Ötən ay Donald Tramp Rusiyaya savaşı dayandırmaq üçün 50 gün müddət qoyub, sonra müddəti 10 günə endirib. Həmin müddət avqustun 8-də başa çatır – Novator.az) keçmiş SSRİ məkanının iki ölkəsinin Vaşinqtonda sülhə imza atması Rusiyada narahatlıq doğurmaya bilməz. Bu həm də bölgədə dəyişən geosiyasi reallıqların göstəricisidir. Daha Moskvaya Cənubi Qafqazda əvvəlki kimi etibar olunmur və artıq Rusiya bölgədə əvvəlki gücdə mövcud deyil.
Sülh gündəliyinin başlıca maddəsi Zəngəzur dəhlizidir – Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək və Türkiyə ilə birbaşa quru əlaqəsi yaradacaq nəqliyyat marşrutu. Azərbaycan üçün bu layihə strateji əhəmiyyət daşıyır: dəhliz həm Naxçıvanla birləşməni təmin edəcək, həm də Türkiyə ilə əlaqələri gücləndirəcək, postmüharibə reallıqlarını infrastruktur diplomatiyası ilə möhkəmləndirəcək. Bakı dəhlizə üçüncü tərəflərin müdaxiləsini istəmir və onu öz nəzarətində görmək niyyətindədir. Ermənistan isə layihənin iqtisadi faydalarını etiraf etsə də, nəqliyyat yolunun tam şəkildə öz nəzarətində qalmasını tələb edir.
07.08.2025, 12:45
289 baxış
Azad
Rusiyadan uzaqlaşmaq sülhə yol açır – “Euronews”
Paylaş: