Medianews.az
Beynəlxalq olimpiadalarda qızıl medal alan şagirdlərə 100 min manat verilsin – <span style=color:red> TƏKLİF
216 baxış

Beynəlxalq olimpiadalarda qızıl medal alan şagirdlərə 100 min manat verilsin – TƏKLİF

Təhsil eksperti Etibar Əliyev fənlər üzrə keçirilən beynəlxalq olimpiadalarda yüksək nəticə göstərən azərbaycanlı şagirdlərə pul mükafatlarının verilməsini təklif edir. E.Əliyev bu təklifini Medianews.az-a açıqlayarkən deyib ki, beynəlxalq olimpiadalarda yüksək nəticə göstərən şagirdlərimizin həvəsləndirilməsi günümüzün tələbədir: “Düşünürəm ki, Təhsilin İnkişafı Fondu və Olimpiadalara Hazırlıq Mərkəzi ölkəmiz üçün çox vacib olan belə bilik yarışmasının qaliblərini ilkin mərhələdə kiçik vəsaitlə mükafatlandıra bilər”. E.Əliyev beynəlxalq olimpiadalarda qızıl medala layiq görülmüş şagirdlərə 100 min manat, gümüş medala layiq görülmüş şagirdlərə 50 min manat, bürünc medala layiq görülmüş şagirdlərə isə 30 min manat mükafat verilməsi təklifini irəli sürüb. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun