02.08.2025, 18:28
189 baxış
Azad
Şahin Şıxlinski Azərbaycanın Moskvadakı səfirliyindən çıxanda tutulub
Xəbər verdyimiz kimi, Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski Rusiyada həbs olunub.
Medianews.az bildirir ki, ilkin məlumata görə, Şahin Şıxlinski Azərbaycanın Moskvadakı səfirliyindən çıxarkən tutulub və artıq Rusiya paytaxtından Yekaterinburq şəhərinə gətirilib.
Qeyd edək ki, Şıxlinski əvvəllər Yekaterinburqda "Baku Plaza" ticarət mərkəzinin yaxınlığında saxlanılsa da, daha sonra dindirildikdən sonra sərbəst buraxılıb. Bir müddət sonra Azərbaycan diasporunun rəhbəri Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilib.