18.07.2025, 09:39
200 baxış
Azad
Avropa İttifaqı Rusiyaya qarşı 18-ci sanksiyalar paketini qəbul etdi
Avropa İttifaqı Ukraynada apardığı təcavüzkar müharibəyə görə Rusiyaya qarşı 18-ci sanksiyalar paketini qəbul edib.
Medianews.az xəbər verir ki, üzv dövlətlərin nümayəndələri Brüsseldə həftələrlə aparılan danışıqlardan sonra sanksiyaların qəbul olunması barədə razılığa gəliblər.
Avropa İttifaqı Komissiyasının prezidenti Ursula fon der Lyayen bildirib ki, bu tədbirlər Rusiya bank sistemini, enerji sektorunu və müdafiə sənayesini hədəfə alır. O, bu tədbirləri “Rusiya müharibə maşınının ürəyinə vurulan zərbə” adlandırıb.
Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas “X” sosial şəbəkəsində yazıb ki, bu paket Rusiyaya qarşı qəbul edilmiş ən sərt sanksiyalar paketlərindən biridir.
Medianews.az
Paylaş: