11.07.2025, 08:59
212 baxış
Lamiyə
Lavrov: Onlar Avropanı Rusiyaya qarşı müharibəyə qaldırmağa çalışır
“Almaniya, Fransa və Böyük Britaniya keçmişin faciəvi dərslərinə məhəl qoymadan Avropanı Rusiya ilə yeni münaqişəyə doğru sövq edir”.
Medianews.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfranların birində deyib.
“Berlin, Paris və Londonun son bəyanatları və hərəkətləri göstərir ki, bu və bir sıra digər ölkələrdə hakimiyyətə gələn indiki siyasətçilər sinfi tarixin dərslərini unudub, bütün bəşəriyyətin tarixin bu dərslərindən çıxardığı nəticələri unudub və ümumilikdə Avropanı yenidən Rusiyaya qarşı müharibəyə qaldırmağa çalışırlar”, - diplomat bildirib.
Medianews.az
Paylaş: