Medianews.az
Evində ölü tapılan keçmiş nazirin <span style=color:red>sərvəti üzə çıxdı
150 baxış

Evində ölü tapılan keçmiş nazirin sərvəti üzə çıxdı

Rusiyanın keçmiş nəqliyyat naziri və Kursk vilayətinin sabiq qubernatoru Roman Starovoytun meyiti tapılıb. Onun özünə odlu silahla qəsd etdiyi bildirilir. Hadisə Moskvaya yaxın Odintsovo şəhərində baş verib. Milli.Az xəbər verir ki, ölümündən sonra ailəsinin ümumi əmlak dəyəri təxminən 1 milyard rubl (21,6 milyon manat) olaraq qiymətləndirilib. Məlum olub ki, ailəyə Moskva, Sankt-Peterburq və Kurskda mənzillər, habelə paytaxtın Myaçkino rayonunda üçmərtəbəli villa və torpaq sahəsi məxsusdur Xatırladaq ki, Starovoyt iyulun 7-də Vladimir Putin tərəfindən vəzifəsindən azad edilmişdi. Onun adı daha əvvəl Kursk vilayətində sərhəd müdafiə tikintisindəki korrupsiya işi ilə də əlaqələndirilirdi. Ekspertlər hadisəni məhz bu qalmaqalla bağlayırlar.  

Bizə qoşulun