Robert Köçəryan 1997-ci ildən Ermənistanda baş nazir, 1998-ci ildən prezident postlarını tutub. Onun dövlət başçısı olduğu vaxt, 2008-ci il fevralın 19-da keçirilmiş prezident seçkisində hakimiyyət baş nazir Serj Sərkisyana ötürülüb.
Serj Sərkisyan 2008 və 2013-cü illərdə Ermənistanın prezidenti seçilib. 2007-ci ildən Ermənistan Respublikaçılar Partiyasının sədridir. O, 2018-ci il aprelin 9-dək prezident postunu tutub, aprelin 17-si parlamentdə baş nazir seçilib və prezident sərəncamı ilə bu posta təsdiqlənib, ancaq aprelin 23-də xalq etirazlarına görə istefa verməyə məcbur olub.
Nikol Paşinyan baş nazir kürsüsünə 2018-ci il mayın 8-də dinc inqilabın lideri kimi oturub. 2018-ci il dekabrın 9-da keçirilmiş parlament seçkisini onun “Mənim addımım” bloku, 2021-ci il iyunun 20-də keçirilmiş parlament seçkisini sədrlik etdiyi Vətəndaş Sazişi Partiyası udaraq hökumət qurub.
Ermənistan parlamenti proporsional üsulla (partiya siyahıları üzrə) seçilir. Mandat almaq üçün minimal baryer 5-7 faiz arasında dəyişir. İndiki parlamentdə Nikol Paşinyanın liderlik etdiyi Vətəndaş Sazişi Partiyasının 69, lideri Robert Köçəryan olan Ermənistan blokunun 28, lideri Serj Sərkisyan olan “Qürurluyam” blokunun isə 6 mandatı var.
M.Əsədullazadə Medianews.az-a açıqlamasında deyib ki, hazırda Paşinyana qarşı çıxan əsas qüvvələrin demək olar hamısı istintaq altındadır – bura həm Erməni Apostol Kilsəsinin rəhbərliyi, həm Robert Köçəryan və Serj Sərkisyan, həm də onların liderliyi altında toplaşmış əsas fiqurlar daxildir: “Parlamentin indiki tərkibi Paşinyana problem yaradır. O, Köçəryan və Sərkisyanın adamlarını yeni seçiləcək parlamentə buraxmamaqla, onların siyasi fəaliyyətini daraldacaq. Paşinyan bilir ki, revanşist müxalifəti növbəti dəfə parlamentə buraxmaq ondan ötrü strateji səhv olardı”.
M.Əsədullazadənin fikrincə, gələn ilki seçkilərdən sonra yeni parlamentin tərkibi Azərbaycanla imzalanacaq sülh müqaviləsinin ratifikasiyasını da problemsiz reallaşdırmağa imkan verəcək: “Həmçinin bu proseslər Zəngəzur dəhlizinin açılması məsələsində Paşinyana daxili təzyiqlərin də zəifləməsinə gətirəcək”.
Toğrul Əli,
Medianews.az
07.07.2025, 11:46
485
baxış
Azad
Paşinyan müxalifəti yeniləyir – Siyasi şərhçi
“Ermənistan baş naziri Nikol Paşinyan həm kilsəni, həm də müxalifəti zəiflətməklə gələn ilin yayında ölkədə keçiriləcək parlament seçkilərinə yeni müxalifətlə getmək kursunu götürüb. Paşinyan yeni parlamentdə sabiq prezidentlər Robert Köçəryanın və Serj Sərkisyanın başçılıq etdiyi partiyaların təmsil olunmasına imkan verməyəcək”. Siyasi şərhçi Məhəmməd Əsədullazadə Medianews.az-a açıqlamasında belə deyib.

Paylaş: