Medianews.az
Yekaterinburqda daha bir təxribata cəhd olubmuş – <span style=color:red>VİDEO+FOTO
600 baxış

Yekaterinburqda daha bir təxribata cəhd olubmuş – VİDEO+FOTO

İyulun 3-ü Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı daha bir təxribata cəhd göstərildiyi haqda Medianews.az-ın votsap xəttinə məlumat daxil olub. Redaksiyanın votsap xəttinə iyulun 5-də göndərilmiş məlumatda bildirilir ki, iyulun 3-ü axşam saat 22 radələrində özünü bloqqer-jurnalist kimi təqdim edən bir qrup şəxs Yekaterinburq şəhərində uzun illərdir fəaliyyət göstərən “Kafe u Vaqifa” (“Кафе у Вагифа” - “Vaqifin kafesi”) adlı kafeyə gəlib. Bu kafenin sahibi 1988-ci ildən Yekaterinburqda yaşayan, Rusiya vətəndaşı olan azərbaycanlı Vaqif Qasımovdur. Hadisə baş verən vaxt Vaqif Qasımov da kafedə olub. “Jurnalist qrupu” kafenin hansı sənədlər əsasında fəaliyyət göstərdiyi ilə maraqlanıb. Söhbətin bu mövzuda getdiyi, Vaqif Qasımovun sualları cavablandırdığı vaxt qəfildən idmançı geyimində, döyüş əlcəyində (“beşbarmaq əlcəklər”), üzü örtülü bir dəstə gənc kafeyə soxulub. Vaiqf Qasımov təxribat hazırlandığını anlayaraq mümkün insidentin qarşısını almaq üçün “jurnalistlərin” suallarını cavablandırmağı milliyyətcə rus olan müavininə tapşırıb, özü kafeni tərk edib, kafedə işləyən digər azərbaycanlıların da kafeni tərk etməsinə göstəriş verib. Beləliklə, azərbaycanlılar kafeni tərk ediblər, içəridə yalnız kafenin rus işçiləri qalıb. Yeri gəlmişkən, kafe işçilərinin əksəri rusdur. Məsələ ilə bağlı Medianews.az-a açıqlamasında Vaqif Qasımov deyib ki, “jurnalist qrupu”nun ardınca gələn dəstə üzvlərinin bəzisi kafe həyətinin darvazası açıq olduğu halda hasardan atılaraq keçib: “Hətta qonşu rus qadın da buna təəccüblənib, deyib hasardan niyə atılırsız, açıq qapıdan keçin də. Burada özünü “rus icması” kimi tanıdan qruplaşma var, kafemizə təxribat salmağa gələnlər həmin qruplaşmanın üzvləridir. Bu, tam qanunsuz hərəkətdir və açıq-aşkar bizi davaya çəkmək istəyirdilər. Amma mən vaxtında duyuq düşdüm, özüm də kafedən çıxdım, o biri azərbaycanlıları da ərazidən uzaqlaşdırdım. Nəticədə davaya gələnlər bir də ayıldılar ki, döyməyə adam qalmayıb. Bəli, mən hesab edirəm ki, kafemizdə növbəti qanlı hadisə baş verə bilərdi. Bu təhlükə çox real idi. [caption id="attachment_846078" align="alignnone" width="600"] Vaqif Qasımov[/caption] Özünüz təsəvvür edin, media nümayəndələrini kafenin hüquqi statusu maraqlandırırsa, axşam saat 10-da niyə gəlirlər? Yaxşı, bivaxt gəlmələrini də bir qırağa qoyaq. Bəs arxalarıyca döyüşçü dəstəsinin gəlməsini necə izah etmək olar? Sadəcə son günlər Yekaterinburqda baş verən hadisələr bizim sayıq davranmağımıza səbəb oldu. Yoxsa çox pis hadisələr baş verə bilərdi”. Vaqif Qasımov deyib ki, Yekaterinburqda yaşadığı 40 ilə yaxın müddətdə daima yerli rus icması ilə normal ünsiyyətdə olub, İkinci Dünya müharibəsi veteranlarına qayğı göstərən Yekaterinburq sakinlərindən biri kimi tanınır. O, biznes fəaliyyətinin də tam qanuni olduğunu vurğulayıb, bildirib ki, buna şübhə ilə yanaşanlara bütün lazımi rəsmi sənədləri təqdim etməyə hazırdır. Xatırladaq ki, iyunun 27-də Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların evlərinə basqınlar edib. Zorakılıq zamanı iki azərbaycanlı - tanınmış jurnalist və ədəbiyyatşünas Seyfəddin Hüseynlinin qardaşları Ziyəddin və Hüseyn Səfərov döyülərək qətlə yetirilib. Hadisə zamanı bəzi soydaşlarımız ağır bədən xəsarətləri alıb, habelə 9 nəfər həbs olunub. Toğrul Əli, Medianews.az

Bizə qoşulun