Medianews.az
Nə “Real”a getdi, nə “Barsa”ya - <span style=color:red>10 illik müqavilə imzaladı
155 baxış

Nə “Real”a getdi, nə “Barsa”ya - 10 illik müqavilə imzaladı

“Barselona”nın transfer etmək istədiyi Niko Uilyams “Atletik”də qalacaq. “Qafqazinfo” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İspaniya millisinin üzvü ilə 2035-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb. Qeyd edək ki, Niko Uilyams “Atletik”in yetirməsidir. 22 yaşlı vinger ötən mövsüm Bilbao təmsilçisinin heyətində keçirdiyi 45 oyunda 11 qol vurub, 7 qol ötürməsi edib.

Bizə qoşulun