“2004-cü ildən çapına başlanmış Azərbaycan Milli Ensiklopediyasının indiyədək cəmi 9 cildi işıq üzü görüb. Ensiklopediya işini bilən bir şəxs kimi utancverici bir məqamı bölüşmək istəyirəm. Milli Ensiklopediyanın cildləri "Bolşaya Rossiyskaya Ensiklopediya"dan (35 cilddə) köçürülür”.
Təhsil eksperti Etibar Əliyev Medianews.az-a açıqlamasında belə deyib.

O bildirib ki, ölkəmizdə rus dilində tədrislə bağlı diskussiyalar davam edir: “Amma proses məktəbdən başlamalıdırmı? Başımızı bir qədər yuxarı qaldırsaq daha dəhşətli mənzərənin şahidi ola bilərik. Orta məktəb akademik elitanın rus dilinə meyilliliyinin yanında "toya getməlidir."

Milli Ensiklopediyada elə kobud səhvlərə verilir ki, milli maraqlar baxımından bunun üstünü açmaq istəmirəm. Bilirik ki, dünyanın ən mötəbər ensiklopediyası "Britannica" sayılır. Sual yaranır: nədən Milli Ensiklopediyaya cavabdeh olan şəxslər mənbələrin mötəbərliyi və tərtibat nümunəsi kimi "Britannica"nı deyil, "Bolşaya Rossiyskaya Ensiklopediya"nı seçirlər?

Milli Elmlər Akademiyasında, Milli Ensiklopediya Mərkəzində, universitetlərimizdə ensiklopediya səviyyəsində ingilis dilini bilənlər yoxdur? Orta məktəblərdə rus bölmələrinin müzakirələrinin arasında bu məsələyə də diqqət edin”.
Toğrul Əli,
Medianews.az