Medianews.az
Çaydan yeddi döyüş qumbarası ovlayıb<span style=color:red>  qaçdı
169 baxış

Çaydan yeddi döyüş qumbarası ovlayıb  qaçdı

Böyük Britaniya polisi çaydan yeddi qumbara ovlayıb qaçan şəxsi axtarır. Medianews.az xəbər verir ki, hadisə iyunun 21-də Qərbi Midlend ştatının Birmingem yaxınlığında baş verib. Kiçik bir kəndin sakinləri çayın yaxınlığında maqnit çubuğundan istifadə edərək suda qiymətli əşyalar axtaran kişini görüblər. Bir müddət sonra o, sudan paslı əl qumbaraları olduğu üzə çıxan bir neçə obyekti tutub. Britaniyalı beş mərmi götürərək onlarla birlikdə yoxa çıxıb. Polis əməkdaşları yerdə qalan iki qumbaranı götürərək zərərsizləşdiriblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları sosial şəbəkə vasitəsilə həmin şəxslə əlaqə saxlayıb, dərhal onlarla əlaqə saxlamasını xahiş ediblər. Medianews.az

Bizə qoşulun