Medianews.az
İsrail-İran savaşının neft qiymətlərinə təsiri – <span style=color:red>Ekspert ŞƏRHİ
205 baxış

İsrail-İran savaşının neft qiymətlərinə təsiri – Ekspert ŞƏRHİ

Dünya birjalarında neft bahalaşıb. “Brent” markalı neftin bir barelinin qiyməti 80 dollar civarında dövr edir. İsrail-İran savaşının neftin qiymətlərinə təsirini Medianews.az-a şərh edən iqtisadçı ekspert İlham Şaban deyib ki, bu müharibənin bazara təzyiqi neft qiymətlərində aşkar hiss olunur: “Hazırda dünya bazarlarında neftin qiyməti “oynayır”: gah qalxır, gah düşür... “Brent” markalı neftin ən bahalı partiyası səhərin gözü açılan kimi 81.13 dollara satıldı. Sonuncu dəfə neft bu qiymətə 2025-ci il yanvarın 20-də satılmışdı. Qiymətin 80 dollar psixoloji həddini aşması başadüşülən idi: bazarın Hörmüzə görə təzyiqi artmışdı, təbii ki, həyəcanlı anlar yaşananda belə hallar olur. Amma bir qədər keçdi və Hörmüzdə naviqasiyaya dair məlumatlar daxil olmağa başladı: o başa da, bu başa da gəmilər üzməkdə davam edir, düzdür "ora-bura boylanmaqları" açıq-aşkar hiss edilir, amma kimsə kiminsə gəmisinə hələ ki, qəfil və zəhmlə "dur" əmrini vermir". İ.Şaban qeyd edib ki, Hörmüz boğazından adətən günə 140 gəmi keçir: "Bunun təqribən 35-i iri tankerlər sinfinə aiddir, onlarla ortalama günə 21 milyon barelədək neft, neft məhsulu və kondensat daşınır. Bu da faktdır ki, İsrail İrana ilk raket zərbəsi endirəndən sonra Hörmüzü keçən gəmilərin gündəlik sayı 14% azalıb, çünki elə gəmi və yük sahibləri var ki, risk dərəcəsini azaldıb daşımanı ya başqa vaxta keçiriblər (yəni əlimyandı deyil), ya da alternativ marşruta üz tutublar. Buna görə də neft hazırda enişdədir və ən son məlumata görə, 77 dollar ətrafında ticarət edilir”. Toğrul Əli, Medianews.az

Bizə qoşulun