Medianews.az
“40 minlik əməliyyatımı Zaur Kamal etdirdi, Afaq Bəşirqızı istəsəydi çox şey edərdi...” - <span style=color:red> FOTO
200 baxış

“40 minlik əməliyyatımı Zaur Kamal etdirdi, Afaq Bəşirqızı istəsəydi çox şey edərdi...” - FOTO

“Mədəniyyət Nazirliyinə müraciət etməkdən yorulmuşam. 67 yaşım var. Ən azından mənə təqaüd düşür. Bu gün varam, sabah yoxam. Müraciətlərimə heç bir cavab yoxdur. Dedilər ki, baxacağıq, amma hələ də bir cavab yoxdur. 336 manatla necə dolanım? Heç yerdə işləmirəm. Mən bu sənət üçün az iş görmüşəm?” Bunu Medianews.az-a açıqlamasında tanınmış aktyor Allahverdi Yolçuyev deyib. Sənətkar bildirib ki, bu illər ərzində bir neçə teatrda çalışsa da, çətin günlərində heç birindən dəstək görməyib: “Bəlkə də bu gün teatrda işləsəydim hər şey başqa cür olardı. O vaxt teatrdan elə maddiyata görə çıxıb, toylara tamada kimi getməyə başladım. Çünki uşaqlarım balaca idi, buna məcbur idim. Uzun illər teatrlarda çalışmışam. Sumqayıt Dövlət Dram Teatrında xalq artisti, sevimli aktrisa Afaq Bəşirqızı ilə tamaşalarda tərəf müqabili olmuşuq. Sonra biz birlikdə o vaxtkı Musiqili Komediya Teatrına gəldik. Nədənsə qadınlar Afaq xanımdan çəkinib onu işə götürmədilər. Məni isə xora götürdülər. Sonra yavaş-yavaş ştata saldılar. O da istəsəydi çox şey edərdi mənim üçün, amma etmədi. Teatrın o vaxtkı direktoru da tələbə yoldaşım idi. O da heç nə etmək istəmədi”. Allahverdi Yolçuyev Milli Məclisin Mədəniyyət Komitəsinə müraciət etməyə tərəddüd edir. “İnanmıram ki, Polad Bülbüloğlu məni tanısın. Yoxsa Milli Məclisin Mədəniyyət Komitəsinə müraciət edərdim. Vallah eyni cavab gələcək. Mən artıq bezmişəm. Ömrümü yaşamaq istəyirəm. Səhhətim də yaxşı deyil. Ayağım yerdən qaçır, o biri əlim əsir. 40 minlik əməliyyat keçirtmişəm. Zaur Kamal sağ olsun. 40 minlik əməliyyatımı klinika ilə danışıb, həll etdi. Sağ olsun Arb kanalı, Zaur bəy, həkimlərim. Onlar olmasaydı bəlkə də indi yaşamırdım” - deyə aktyor bildirib. Əli Əsgər Medianews.az  

Bizə qoşulun