BAKU.WS xəbər verir ki, toy mərasimi iyunun 17-də "Ronit" adlı tədbir məkanında keçirilməli idi. Lakin İsrailin İrana qarşı hərbi əməliyyatlara başlaması və ölkənin daxili cəbhəsində fövqəladə vəziyyətin elan olunması səbəbindən toplaşmalara qadağa qoyulub.
16.06.2025, 09:09
139 baxış
Nailə
İsraildə müharibəyə görə Baş nazirin oğlunun toyu təxirə salındı
İsraildə İranla davam edən müharibə səbəbindən Baş nazir Benyamin Netanyahunun oğlu Avner Netanyahu ilə nişanlısı Amit Yardeni-nin toyu qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
Bu qadağalar tədrisin dayandırılmasına, ictimai tədbirlərin və konsertlərin ləğv olunmasına da səbəb olub. Belə şəraitdə Netanyahunun ailəsi toyun keçirilməsinin mümkünsüz olduğunu bəyan edərək, qonaqlara və tədbir təşkilatçılarına rəsmi bildiriş göndərib.
Toyun yeni tarixi hələlik açıqlanmayıb.