Medianews.az
II Qaregin könüllü şəkildə qəbul etdiyi subaylıq vədini pozub və onun övladı var - <span style=color:red>- Paşinyan
165 baxış

II Qaregin könüllü şəkildə qəbul etdiyi subaylıq vədini pozub və onun övladı var - - Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qareginin subaylıq andını pozduğunu və onun övladının olduğunu bəyan edib. Teleqraf xəbər verir ki, bu barədə Paşinyan özünün “Facebook” səhifəsində yazıb. Baş nazir bildirib: “Bu bir faktdır və əgər II Qaregin bunu inkar etməyə cəhd edərsə, mən bunu lazım olan formada sübut edəcəyəm”. Paşinyanın sözlərinə görə, əgər bu fakt təsdiqlənərsə, II Qaregin Ermənistan Apostol Kilsəsinin kanonik hüquqlarına əsasən nə yepiskop, nə arxiyepiskop, nə də katolikos ola bilməzdi.

Bizə qoşulun