Medianews.az
Qazaxda ağır qəza - <span style=color:red>4 nəfər öldü
109 baxış

Qazaxda ağır qəza - 4 nəfər öldü

Qazaxda ağır yol qəzası baş verib. “Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Abbasbəyli kəndində qeydə alınıb. Belə ki, “BMW” markalı avtomobilin idarəetmədən çıxaraq divara çırpılması nəticəsində 1997-ci il təvəllüdlü Ramal Vəliyev, 2000-ci il təvəllüdlü Zaur Əhmədov, 1997-ci il təvəllüdlü Rafət Nəsibov və 2004-cü il təvəllüdlü Göyüş Nəbiyev aldıqları ağır xəsarətdən dünyasını dəyişiblər. Faktla bağlı araşdırma aparılır.

Bizə qoşulun