04.06.2025, 17:59
86 baxış
Nailə
Korrupsiyada ittiham olunan prezident istefa verdi
Kipr Futbol Federasiyasının (CFA) prezidenti Yorqos Kumas televiziya yayım hüquqları ilə bağlı davam edən cinayət istintaqı fonunda istefa verib.
Publika.az xəbər verir ki, o, korrupsiyada ittiham olunur.
Kumas bəyanatında uzun müddət düşündükdən sonra CFA-nın İcraiyyə Komitəsinə istefa qərarını bildirdiyini qeyd edib. O, istefasının istintaqla birbaşa əlaqəli olmadığını, lakin artan ictimai təzyiqlər və şəxsi səbəblərlə bağlı bu addımı atdığını vurğulayıb.
“Mən hədəfə çevrildim və bununla birlikdə CFA və Kipr futbolu da hücumlara məruz qalır. İstefamla bu idmanı qorumaq istəyirəm”, – deyə Kumas bildirib.
2023-cü ilin sonunda Kiprdə Kumasın televiziya yayım gəlirlərinin bölgüsündə maraqlar toqquşması və manipulyasiyalarda şübhəli bilinməsi səbəbilə araşdırma başladılıb.