Medianews.az
Rusiya Ermənistanda revanşistləri hakimiyyətə hazırlayır - <span style=color:red>Politoloq
175 baxış

Rusiya Ermənistanda revanşistləri hakimiyyətə hazırlayır - Politoloq

“Ermənistanda Qarabağ separatçılarının yenidən fəallaşması özlərinə "prezident" və "parlament sədri" seçməsi birbaşa Moskvanın təlimatı ilə reallaşır. Prosesləri də idarə edən Robert Koçaryandır. Sabiq prezident Serj Sarkisyan da R.Koçaryanın baş nazirliyini dəstəklədiyini vurğulayıb. Yəni Kremldən Ermənistan müxalifətinə fikir ayrılıqlarına kənara qoyaraq "birləşmək" mesajı verilib. Hər gün müxalifət əlində olan kütləvi informasiya vasitələrindən Robert Koçaryanın piarını aparır. Görünür, Moskva baş nazir Nikol Paşinyana alternativ olaraq Koçaryanı seçib”. Politoloq Məhəmməd Əsədullazadə Medianews.az-a açıqlamasında belə deyib. O bildirib ki, Ermənistanda gələn il keçiriləcək parlament seçkilərinə kimi Qarabağ separatçıları, kilsə və müxalifətin Koçaryanın ətrafında birləşməsi mümkündür: “Baş nazir Paşinyan arxayındır ki, Koçaryan ona qalib gələ bilməz. Amma Koçaryanın toparlanması və ətrafında yeni gücün ortaya çıxması fonunda seçkilərdə Paşinyana qarşı üstünlük əldə edə bilər. Necə ki, Ermənistanın ikinci böyük şəhəri olan Gümrüdə Rusiyayönümlü partiya yerli seçkidə qalib gəldi. Paşinyan Sarkisyan və Koçaryanı seçkilərə kimi neytrallaşdıra bilər. Sarkisyana cinayət işi qaldırılıb. Koçaryanın növbəti həbsi Yerevan və Moskva arasında yeni siyasi böhrana yol aça bilər. Moskvanın məhz Koçaryanın təhlükəsizlik təminatını Paşinyandan tələb etməsi istisna deyil. 2026-ci ilin yayının Ermənistanda "isti" keçəcəyi indidən gözlənilir. Rusiya Ermənistanda yenidən özünə sadiq adamları iqtidara gətirmək üçün birbaşa hərəkətə keçib. Rusiya bununla regionda Qərbi vurub çıxarmaq və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsini əngəlləməyi planlaşdırır”. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun