Medianews.az
Tornado zamanı əl-ələ tutan cütlük<span style=color:red>  əllərindən OLDU
143 baxış

Tornado zamanı əl-ələ tutan cütlük  əllərindən OLDU

İngiltərədə 60 yaşlı cütlük tornadodan sağ çıxsa da, əllərini itirib. Medianews.az xəbər verir ki, hadis Londonda baş verib. Qeyl və Pola Klaynov yataq otağında olarkən onların evini tornado vurub. Onları sonradan qonşusu aşkar edib. Qonşu, yaxınlıqdakı evlərdə sağ qalanları axtarıb. Qeyl kəsilmiş qolunu dəhlizdə gördüyü üçün qışqırıb. Qonşu yaşlı cütlüyü çölə çıxarıb və təcili yardım çağırıb. Xəstəxanada həkimlər bildiriblər ki, Qeyl və Pola təbii fəlakət zamanı əl-ələ tutduqları üçün əzalarını itiriblər. Qadın həm də, ağciyərini deşən qəlpələrdən yaralanıb. O, tibbi səbəblə komaya salınıb. Paulun vəziyyəti yaxşılaşdı, lakin o, çoxdan demensiyadan əziyyət çəkirdi, ona görə də nə baş verdiyini hələ dərk edə bilmir. Cütlüyün 12 yaşlı Sadi adlı iti var idi. O, həmçinin tornadodan xilas olub. Onu fəlakətdən bir neçə saat sonra tapıblar. Cütlüyün qohumları artıq dağıntıları təmizləyirlər. Onlar, zərərçəkənlər təkcə evlərini deyil, həm də avtomobillərini itirdikləri üçün pul yığmağa başlayıblar. Cütlüyün müalicə xərclərini ödəmək üçün də pula ehtiyacı olacaq. Qohumları bildiriblər ki, Klaynlar bir-birlərini sevdikləri və dəstəklədikləri üçün mütləq bütün problemlərin öhdəsindən gələcəklər. Medianews.az

Bizə qoşulun