22.05.2025, 08:58
163 baxış
Lamiyə
Qan xərçənginin inkişafında əsas rol oynayır – Alimlər açıqladı
Energetik içkilərin aktiv tərkib hissəsi kimi tanınan taurin amin turşusu qan xərçənginin aqressiv formalarının inkişafında əsas rol oynaya bilər.
Medianews.az xəbər verir ki, bu barədə “Nature” jurnalında öz işlərinin nəticələrini dərc edən Roçester Universitetinin alimləri bildiriblər.
Tədqiqat zamanı məlum olub ki, leykemiyanın ən bədxassəli növlərindən biri olan miyeloid leykoz hüceyrələri sümük iliyindən taurini aktiv şəkildə qəbul edir. Bu maddəyə çıxış əldə etməklə onlar öz böyümələrini və bölünmələrini sürətləndirirlər.
Lakin laboratoriya siçanlarında taurinin şiş hüceyrələri tərəfindən sorulması mexanizmi bloklananda xəstəliyin inkişafı əhəmiyyətli dərəcədə yavaşladıb.
Alimlər vurğulayırlar ki, bu kəşf taurinin hər kəs üçün birbaşa zərərli olması demək deyil, lakin onun risk altında olan insanlar, o cümlədən qan xərçənginə meylli və ya müalicə alanlar üçün təhlükəsizliyini şübhə altına alır.
Paradoksal olaraq, mədə xərçəngi kimi digər şiş növlərində taurin əslində hüceyrə böyüməsini yavaşlata bilər. Bu, amin turşusunun orqanizmdə mürəkkəb və kontekstdən asılı rolunu göstərir.
Medianews.az
Paylaş: