22.05.2025, 15:41
103 baxış
Nailə
MY Bruno Fernandeşi göndərir? - Bu baş verəcək
“Mançester Yunayted”in yarımmüdafiəçisi və kapitanı Bruno Fernandeş bu yay klubda qalıb-qalmayacağı ilə bağlı danışıb.
Publika.az xəbər verir ki, 30 yaşlı portuqaliyalı bu sözləri deyib:
“Klub mənə getməli olduğumu deməyənə qədər burada qalacağam. Əgər klub hesab etsə ki, artıq sağollaşmağın vaxtıdır, məsələn, pul qazanmaq üçün və ya başqa səbəbdən bu baş verəcək. Bəzən futbolda belə hallar olur”.
Xatırladaq ki, Bruno Fernandeş “Mançester Yunayted”də 2020-ci ilin yanvar ayından çıxış edir. Mayın əvvəlindən onunla Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu maraqlanır.
Bu mövsüm portuqaliyalı yarımmüdafiəçi “Mançester Yunayted”in heyətində bütün turnirlərdə 56 oyuna çıxaraq 19 qol vurub və 19 məhsuldar ötürmə verib.