Medianews.az
Şahbuzda qaz təchizatında <span style=color:red>fasilə yaranacaq
106 baxış

Şahbuzda qaz təchizatında fasilə yaranacaq

Bu gün Şahbuz rayonu Kolanı kəndində qaz təchizatında fasilə yaranacaq. Medianews.az xəbər verir ki, bu barədə Naxçıvan Qaz İstismar Xidməti məlumat yayıb. Bildirilib ki, 50 mm boru korroziyaya uğradığı üçün yeraltı xəttin yerüstü xətlə dəyişdirilməsi ilə əlaqədar qaz təchizatı Şahbuz rayon Kolanı kəndində 3 QTŞ-də 20.05.2025 tarixdə saat 10:00-dan müvəqqəti dayandırılacaq. Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.

Bizə qoşulun