Medianews.az
YouTube-dan istifadə edənlərin nəzərinə: <span style=color:red>Məlumatınızı oğurlaya və sizi izləyə bilərlər
85 baxış

YouTube-dan istifadə edənlərin nəzərinə: Məlumatınızı oğurlaya və sizi izləyə bilərlər

“Technote Media” şirkətinin təsisçisi, jurnalist, texnobloger Fərid Pərdəşünas xüsusilə ucuz qiymətə "YouTube Premium" alan istifadəçiləri diqqətli olmağa çağırıb. Medianews.az-ın məlumatına görə, Fərid Pərdəşünas bildirib ki, "YouTube Premium"u başqa ölkələr, xüsusilə "Türkiyə hesabları" ilə daha ucuz qiymətə alıb, Azərbaycanda bir hesabı bir neçə şəxsə təkrar satanlar var: “Burada isə önəmli bir təhlükə mövcuddur. Həmin hesablar "Google Account"a bağlı olduğu üçün eyni hesablar müxtəlif cihazlara əlavə ediləndə Google hesabı kimi smartfona düşür. Və hesabları ucuz qiymətə satanlar bir hesabı bir neçə adama satır. Nəticədə smartfonunuzda açıq olan hesab başqa tanımadığınız adamla "ortaq hesab" kimi açılır. Və o tanımadığınız adam istədiyi anda "Google Find My Device" tətbiqinin köməyi ilə sizin cihazı formatlaya (sıfırlaya) bilər. Nəinki formatlaya, əgər həmin hesaba sinxronzasiya varsa, sizin məlumatlar oğurlana bilər və izlənə də bilərsiniz. Hazırda zərərçəkən şəxslər var və smartfonda olan bütün məlumatlarını itiriblər. 3-5 manat qabağa düşən zaman bütün məlumatlarınız itə bilər. Bu mənada maksimum diqqətli olmağa çağırış edirəm”. Xatırladaq ki, Fərid Pərdəşünas zaman-zaman texnoloji savadlılıq və kibertəhlükəsizlik mövzularında ictimai çıxışlar edir. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun