Medianews.az
İlham Əliyevlə Paşinyan Tiranada <span style=color:red>bu məsələlərdən danışıb
116 baxış

İlham Əliyevlə Paşinyan Tiranada bu məsələlərdən danışıb

Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Albaniyanın paytaxtı Tiranada baş tutan görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesi müzakirə olunub. Musavat.com xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Məlumata əsasən, görüş zamanı tərəflər sülh sazişinin mətni üzrə razılığa gəlmələrinin vacibliyini vurğulayıblar. Həmçinin bölgədəki mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparılıb və sülh sazişinin imzalanmasına yönəlmiş prosesin davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.

Bizə qoşulun