Medianews.az
Ürək problemlərindən xəbər verə bilər –<span style=color:red> Xəbərdarlıq
107 baxış

Ürək problemlərindən xəbər verə bilər – Xəbərdarlıq

“Bir şəxs pilləkənlərdə nəfəs darlığından şikayət edərsə, bu, ürək problemlərini göstərə bilər”. Medianews.az xəbər verir ki, bunu kardioloq Faina Lobjanidze deyib. Kardioloqun fikrincə, pilləkənlərə qalxarkən nəfəs darlığı kardiomiopatiya, ürək çatışmazlığı və ya koronar arteriya xəstəliyini göstərə bilər. Kardioloq deyir ki. əgər siz əvvəllər asanlıqla beşinci mərtəbəyə uçurdunuzsa, indi ikinci mərtəbəyə qalxmaqda çətinlik çəkirsinizsə, nəfəsiniz kəsilirsə, bu çox ciddi simptomdur. Həkim qeyd edib ki, heç bir səbəb olmadan ayaqlarda şişkinlik və nəbzin gah sürətlənən, gah da ləngiməsi, xüsusən istirahət zamanı da ürəyin qocalmasından xəbər verir. Fiziki gücdən sonra ürək yanması, hətta insan yağlı və ya qızardılmış bir şey yeməmiş olsa belə, narahatlığa səbəb olmalıdır. Medianews.az

Bizə qoşulun