14.05.2025, 09:20
186 baxış
Azad
Maskın "Colossus" superkompüteri necə işləyir? - TƏFƏRRÜAT
İlon Maskın "Colossus" superkompüteri tam gücü ilə işləyir. O, 300.000 ev qədər enerji sərf edir. Bu, dünyada yeganə belə kompüterdir.
Medianews.az "Tom's Hardware" nəşrinə istinadla xəbər verir ki, amerikalı milyarder İlon Maskın təsis etdiyi "xAI Memphis Supercluster" kompüterinin birinci mərhələsi artıq tam işlək vəziyyətdədir.
Bildirilir ki, yeni süni intellekt superkompüteri artıq yerli yarımstansiyasına, yəni əsas elektrik şəbəkəsinə qoşulmağa hazırdır. Bu sahə, həmçinin "Memphis Light", "Gas and Water", "Tennessee Valley Authority" kimi böyük resurslara malik təhkimçi enerji operatorlarından təqribən 150 MVt güc alacaq.
Bu isə o deməkdir ki, İlon Maskın möcüzə hesab edilən superkompüteri şəbəkənin kəsilməsi və yüksək tələbat dövrlərində ehtiyat enerji mənbəyi kimi çıxış etməklə, kompüter üçün nəzərdə tutulmuş "Tesla Megapack" batareyalarından da, fasiləsiz işləməklə, eyni miqdarda enerji alacaq.
Maskın yeni süni intellekt klasteri ötən ilin iyul ayında 100.000 "Nvidia H100" sürətləndiricisi ilə işə salınıb. Həmin vaxt "Nvidia"nın baş direktoru olan Censen Huanq açıqlamasında bildirmişdi ki, yeni avadanlıq cəmi 19 gün ərzində obyektdə quraşdırılıb, halbuki belə proses normal şəraitdə təxminən dörd ilə başa gələrdi. Yerləşdirmənin yüksək sürəti səbəbindən bəzi fəndlərə əl atmaq, həmçinin elektrik şəbəkəsinə qoşulmadan sistemi tam işə salmaq lazım idi. Buna görə də, daha bir ideya yarandı və bu obyektdə böyük qaz turbin generatorları quraşdırıldı. Üstəlik, onların hər birinin gücü 2,5 MVt olan 14 ədəd olduğu qeyd edilir, lakin bu faktın uydurma olduğunu iddia edənlər tapılıb. Yerli sakinlər bildiriblər ki, generatorların sayı 14 ola bilməz, çünki ərazidə 35-dən çox generator işləyir.
Artıq belə bir nəhəng layihənin birinci mərhələsinin tamamlanması o deməkdir ki, superkompüter hal-hazırda tamamilə "TVA" tərəfindən təmin edilən enerji ilə işləyə bilər. Bu isə su, günəş, külək, eyni zamanda nüvə enerjisi də daxil olmaqla, təxminən 60 faiz bərpa olunan enerjidir. Belə bir davamlı və güclü rejim "xAI"-yə "Colossus"-u müvəqqəti olsa belə enerji ilə təmin edən, həmçinin əvvəllər işləyən generatorların yarısını bağlamağa imkan yaratdı. Bununla belə, qalan generatorlar bu ilin payızına planlaşdırılmış 150 MVt gücündə ikinci yarımstansiya işə salınana qədər öz fəaliyyətini davam etdirəcək.
Klasterin ümumi gücü 300 MVt olacaq ki, bu da təxminən 300 min mənzili elektrik enerjisi ilə təmin etmək üçün tam kifayət edərdi. Generatorun fəaliyyətdə olmasını tənzimləyən turbofan qurğusunun (TVA) üzərində işləyənlər hər kəsi əmin ediblər ki, onlar başqa müştərilərə heç bir ciddi zərər vermədən öz öhdəliklərini layiqincə yerinə yetirəcəklər.
İlk 100.000 enerji gücü ilə işləyən "Nvidia H100" sürətləndiricisi 2024-cü ildə, iyul ayında "Colossus"-da işə başlayıb. Fevral ayından isə onların sayı 200.000-ə çatıb. Lakin Mask gələcəkdə sürətləndiricilərin sayını bir milyona çatdırmaq fikrindədir. Belə olan təqdirdə, obyekt əhəmiyyətli dərəcədə daha da çox güc tələb edəcək və generatorların tənzimləyicisi turbofan qurğuları tamamilə yerli icmalara maneə törətmədən işləməli olacaq.
Mütəxəssislərin fikrincə, yeni işə salınmış "Colossus" kompüterinin bu miqdarda güclə təmin edilməsi hələlik bəlli deyil və çox şübhəli iddiadır.
Medianews.az
Paylaş: