Medianews.az
Azərbaycanda qapalı kazinolar – <span style=color:red>Ekspert konkret məkanı AÇIQLADI
192 baxış

Azərbaycanda qapalı kazinolar – Ekspert konkret məkanı AÇIQLADI

Azərbaycanda kazinoların açılması məsələsi cəmiyyət arasında geniş müzakirələrə səbəb olur. Bu məsələnin hüquqi, sosial və iqtisadi tərəfləri dövlət siyasəti baxımından ciddi şəkildə nəzərdən keçirilməlidir. Azərbaycanda kazinoların yenidən açılması cəmiyyət və iqtisadiyyat üçün müsbət, yoxsa mənfi addım olardı? Mövzu ilə bağlı Medianews.az-a açıqlamasında iqtisadçı ekspert Əyyub Kərimli bildirdi ki, ümumilikdə, dünya təcrübəsinə, beynəlxalq praktikalara və qonşu Gürcüstanın nümunəsinə, eyni zamanda fəaliyyət göstərən kazinoların iş prinsipinə nəzər yetirdikdə aşağıdakı mənzərə ilə qarşılaşırıq: “Əvvəla, kazinolar turist cəlbediciliyi baxımından əhəmiyyətli rol oynayır. Hər hansı bir bölgədə kazinonun fəaliyyətinə icazə verildikdə, ora kifayət qədər imkanlı və müxtəlif ölkələrdən turistlərin cəlb olunması baxımından müsbət təsir göstərir. Digər tərəfdən, kazinolar dövlət büdcəsinə iri vergi ödəyiciləri kimi daxil olur və vergi ödəyirlər. Bu baxımdan onların fəaliyyəti iqtisadi baxımdan müsbət qiymətləndirilə bilər. Lakin hesab edirəm ki, bu məsələ cəmiyyət və ictimaiyyət tərəfindən də geniş müzakirə olunmalı, yekun qərar bu əsasda qəbul edilməlidir”. Ə.Kərimli qeyd etdi ki, hazırda müxtəlif lotereya və mərc oyunları inkişaf edib: “Bəzi insanlar bu oyunlara aludə olur, ciddi məbləğlər uduzur və nəticədə maddi vəziyyətləri pisləşir. Bu isə sosial problemlərə yol açır. Buna görə də xüsusilə gənclər arasında maarifləndirmə işləri aparılmalıdır ki, bu cür neqativ halların qarşısı alınsın”. Ekspert hesab edir ki, kazinoları yalnız müəyyən qapalı zonalarda - xüsusilə işğaldan azad edilmiş ərazilərdə yerləşdirmək daha məqsədəuyğun olardı: “Bu, həm həmin bölgələrin inkişafına təkan verər, həm də xarici turistlərin axınını təmin edər, investisiya cəlbediciliyini artırardı. Qeyd edim ki, kazinolar eyni zamanda iqtisadiyyat üçün bir növ investisiya sahəsidir. Doğru tənzimləmə ilə bu sahədən cəmiyyət və dövlət üçün fayda götürmək mümkündür”. Oğuz Ayvaz, Medianews.az

Bizə qoşulun