12.05.2025, 07:58
123 baxış
Lamiyə
Timsah kişinin ayağını qopardı
Malayziyada timsah çay kənarında odun yığan 52 yaşlı Punqut Madinə hücum edərək ayağını qoparıb.
Medianews.az xəbər verir ki, hadisə mayın əvvəlində baş verib.
Kişi qardaşı və digər iki qohumu ilə birlikdə çayın yaxınlığındakı meşədə odun axtarışında idi. Mədin suya girən zaman timsah ona hücum edib. Sürünən onu dərhal ailəsinin gözü qarşısında dərinliklərə sürükləyib.
Hadisə yerinə xilasedicilər cəlb olunaraq axtarışlara başlasa da, heç bir nəticə verməyib. Mayın 6-da axtarış iştirakçıları hücum yerinin yaxınlığında çayda kəsilmiş ayaq aşkar ediblər. Onlar əzanın itkin düşən şəxsə məxsus olduğuna əmindirlər.
Kişinin digər qalıqlarının axtarışı davam edir.
Medianews.az