Medianews.az
Bakıda yol üstündə dava -<span style=color:red> Ölən var
78 baxış

Bakıda yol üstündə dava - Ölən var

Bu gün paytaxtın Xəzər rayonunda qətl törədilib. Medianews.az qafqazinfo-ya istinadən xəbər verir ki,  Binə qəsəbəsi ərazisində 1973-cü il təvəllüdlü Səlim Yəhya oğlu Əliyev ürək nahiyəsindən bıçaqlanaraq öldürülüb. Hadisəni törətməkdə şübhəli bilinən 1978-ci il təvəllüdlü Maksim Yasin oğlu Əhmədov Xəzər RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb. Bildirilir ki, qətlə yetirilən Səlim Binə qəsəbəsində makler kimi fəaliyyət göstərib. Bu gün səhər saatlarında onun idarə etdiyi avtomobillə Maksimin taksi kimi sürdüyü maşın yolda üz-üzə gəlib və yol vermək üstündə aralarında mübahisə baş verib. Hadisənin də bu mübahisə səbəbindən törədildiyi bildirilib. Faktla bağlı araşdırma aparılır.

Bizə qoşulun