Medianews.az
Depressiyadan xilas olmaq üçün<span style=color:red> nə etməliyik?
92 baxış

Depressiyadan xilas olmaq üçün nə etməliyik?

Gəzinti, bağçılıq, balıq tutmaq və açıq havada idman etmək depressiya ilə mübarizə aparmağa kömək edir. Medianews.az xəbər verir ki, bu qənaətə Britaniya alimləri gəliblər. Onların tədqiqatında 18-64 yaş arasında narahatlıq, depressiv və ya post-travmatik stress pozğunluğu olan 223 insan iştirak edib. Bu insanlardan standart müalicəni öz seçdikləri açıq hava fəaliyyəti ilə tamamlamaları istənilib. Cəmi üç aydan sonra iştirakçıların narahatlıq səviyyələri orta hesabla 55% azalıb.  Həmçinin depressiya əlamətlərində 51% azalma, həyatdan məmnunluqda isə 65% artım var. Ən əhəmiyyətli irəliləyişlər beş-səkkiz həftə ərzində təbiətdə aktiv vaxt keçirənlərdə müşahidə olunub. Tədqiqatçılar vurğulayıblar ki, təbiətdə sərf olunan vaxt dərman qəbul etməyi əvəz edə bilməz, əksinə onun fəaliyyətini yaxşı tamamlayır. Medianews.az

Bizə qoşulun