Medianews.az
Mazda bu modelin istehsalını dayandırdl - <span style=color:red>Trampa görə
145 baxış

Mazda bu modelin istehsalını dayandırdl - Trampa görə

ABŞ Prezidenti Donald Trampın xaricdə istehsal olunan avtomobillərə tətbiq etdiyi 25% əlavə gömrük vergisi qərarı avtomobil bazarında balansı pozub. Milli.Az xəbər verir ki, yapon avtomobil istehsalçısı "Mazda" əlavə tariflərə qarşı müvəqqəti tədbir olaraq ABŞ-də istehsal etdiyi bir modelin Kanadaya ixracını dayandırma qərarını alıb. "Mazda" 12 may tarixindən etibarən Alabama ştatında yerləşən zavodunda Kanada üçün istehsal olunan CX-50 idman avtomobilinin istehsalını dayandıracaq. Bununla yanaşı, Kanada xaricindəki bazarlara olan CX-50 istehsalı davam edəcək. Bu qərar əvvəllər Nikkei tərəfindən bildirilmişdi. Trampın idxal avtomobillərinə və ehtiyat hissələrinə tətbiq etdiyi 25%-lik gömrük vergiləri və Kanadanın cavab addımları "Mazda" və digər xarici markalar üzərində mənfi təsir göstərib. "Toyota Motor Corp." hal-hazırda istehsalına davam edəcəyini açıqlayıb, "Nissan Motor Co." isə Meksikada istehsal olunan SUV modellərinin ABŞ-yə göndərilməsini dayandırıb. "Honda Motor Co." isə çərşənbə günü "Civic" modelinin hibrid versiyasının istehsalını Yaponiyadan ABŞ-yə köçürəcəyini açıqlayıb.

Bizə qoşulun