09.04.2025, 09:04
179 baxış
Lamiyə
FACİƏ: Matç izləyərkən beyin qanaması keçirdi
Türkiyədə Temel Keskin adlı futbol azarkeşi "Fənərbaxça" - "Trabzonspor" matçını izlədiyi zaman beyin qanaması keçirərək ölüb.
Medianews.az xəbər verir ki, hadisə Bursanın Orhangazi rayonunda baş verib.
Dərzi dükanında dostları ilə izlədiyi matçın 30-cu dəqiqəsində məhrumun halı pisləşib və o, dərhal xəstəxanaya aparılıb.
“Trabzonspor” azarkeş olan 50 yaşlı Temel, reanimasiya şöbəsində müalicə alsa da, hadisədən 2 gün sonra, bu gün dünyasını dəyişib.
Qeyd edək ki, o evlidir və onun 3 övladı var.
Medianews.az