Medianews.az
SOS: Neftimiz bir həftəyə bu qədər ucuzlaşıb – <span style=color:red>Büdcəni nə gözləyir?
350 baxış

SOS: Neftimiz bir həftəyə bu qədər ucuzlaşıb – Büdcəni nə gözləyir?

Dünya birjalarında neft ucuzlaşır. Energetika Nazirliyinin 8 aprel məlumatına görə, London birjasında “Brent” markalı neftin bir barreli 65,06 dollara, Nyu-York birjasında “Light” markalı neftin bir barreli 61,58 dollara satılır. Azərbaycanın “Azeri Light” markalı neftinin bir barrelinin qiyməti 68,14 dollar göstərilir. Bu, ölkənin dövlət büdcəsində nəzərdə tutulan qiymətdən aşağıdır. Azərbaycanın 2025-ci il büdcəsində bir barrel neft 70 dollardan götürülüb. Maliyyə Nazirliyinin hesabatına görə, ilk rübdə dövlət büdcəsi 9 milyard 733,4 milyon manat gəlir əldə edib, bunun 3 milyard 620,3 milyon manatı Dövlət Neft Fondundan köçürmənin payına düşüb. Medianews.az bildirir ki, Azərbaycan neftinin barreli 2025-ci ilin yanvar-aprel aylarına aşağıdakı qiymətlərlə başlayıb:

yanvar - 79 dollar,

fevral - 78,52 dollar,

mart - 75,68 dollar,

aprel - 78,29 dollar.

Beləliklə, aprelin 1-də qiyməti 78,29 dollar olan Azərbaycan neftinin barreli ayın 8-də artıq 68,14 dollardır. Bu, bir həftə ərzində 10,15 dollar ucuzlaşma deməkdir. Dünya bazarında neftin qiyməti aprelin 4-dən düşür. Bu enmə aprelin 3-dən ABŞ-ın ticarət tərəfdaşlarının mütləq əksəriyyətinə azı 10 faiz gömrük rüsumu tətbiq etməsinin nəticəsi kimi qiymətləndirilir. İxracatçıların OPEK+ koalisiyasının qərarına görə, Azərbaycanda xam neftin gündəlik hasilatı 551 min barreli ötə bilməz. Qalan ölkələr üzrə normalar belədir:

Səudiyyə Ərəbistanı – 9 milyon 200 min barrel,

Rusiya – 9 milyon 83 min barrel,

İraq – 4 milyon 49 min barrel,

Birləşmiş Ərəb Əmirlikləri – 3 milyon 15 min barrel,

Küveyt – 2 milyon 443 min barrel,

Meksika – 1 milyon 753 min barrel,

Qazaxıstan – 1 milyon 486 min barrel,

Nigeriya – 1 milyon 500 min barrel,

Əlcəzair – 919 min barrel,

Oman – 768 min barrel,

Malayziya – 401 min barrel,

Konqo – 277 min barrel,

Bəhreyn – 196 min barrel,

Qabon – 177 min barrel,

Cənubi Sudan – 124 min barrel,

Bruney – 83 min barrel,

Ekvatorial Qvineya – 70 min barrel,

Sudan – 64 min barrel.

OPEK-ə Birləşmiş Ərəb Əmirlikləri, Ekvatorial Qvineya, Əlcəzair, İraq, İran, Konqo, Küveyt, Liviya, Qabon, Nigeriya, Səudiyyə Ərəbistanı, Venesuela daxildir, Azərbaycan, Bəhreyn, Braziliya, Bruney, Cənubi Sudan, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan tərəfdaşlar sayılır. “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də, koronavirus pandemiyası tüğyan edən zaman qeydə alınıb: 15,81 dollar. Maksimal qiymət isə 2008-ci ilin iyulunda 149,66 dollar olub. Toğrul Əli, Medianews.az

Bizə qoşulun