04.04.2025, 13:39
67
baxış
Lamiyə
Daimi evdə oturmağın TƏHLÜKƏLƏRİ
Terapevt Babək Əşrəfi xəbərdarlıq edib ki, evdə çox uzun müddət qalmaq insanın sağlamlığına mənfi təsir göstərə bilər.
Medianews.az xəbər verir ki, onun sözlərinə görə, qapalı yerlərdə, xüsusən də təbii işıq olmadan çox vaxt keçirmək sirkadiyalı ritmlərinizi poza bilər.
Bu da pis yuxuya və aşağı enerji səviyyələrinə səbəb ola bilər.
Bundan əlavə, həkim sözünə davam edərək, evini tərk etməyən insanların D vitamini çatışmazlığı ilə qarşılaşma ehtimalı daha yüksəkdir. Bu da öz növbəsində immunitet sisteminin zəifləməsinə, pis əhval-ruhiyyəyə və sümük sağlamlığı ilə bağlı problemlərə səbəb ola bilər.
Belə nəticələrin qarşısını almaq üçün terapevt, məsələn, nahar fasiləsi zamanı ən azı on dəqiqəlik gəzintiyə çıxmağı tövsiyə edib.
Medianews.az