Medianews.az
Bakıda yaşayış binasında <span style=color:red>yanğın - VİDEO
150 baxış

Bakıda yaşayış binasında yanğın - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə Medianews.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onsəkkizmərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 126kv.m. olan üçotaqlı mənzilin mətbəx mebeli 5p.m. sahədə yanıb. Mənzil və yaşayış binasında yerləşən digər mənzillər yanğından mühafizə olunub.

Bizə qoşulun