Medianews.az
Ən bahalı heyəti olan milli komandalar -<span style=color:red> REYTİNQ
158 baxış

Ən bahalı heyəti olan milli komandalar - REYTİNQ

Məşhur "Transfermarkt" internet portalının məlumatına görə, İngiltərə millisi bütün milli komandalar arasında ən bahalı heyətə sahibdir - 1,26 milyard avro. Lent.az xəbər verir ki, siyahıda ikinci yeri 1,16 milyard avro dəyərində olan Fransa millisi tutub. İlk üçlüyü 1,14 milyard avro ilə İspaniya komandası qapayır. Transfermarkt-a görə futbol komandaları arasında ən bahalı 10 heyət: 1. İngiltərə yığması - 1,26 milyard avro; 2. Fransa millisi - 1,16 milyard avro; 3. İspaniya millisi - 1,14 milyard avro; 4. Braziliya millisi - 1,06 milyard avro; 5. Portuqaliya millisi - 868 milyon avro; 6. Hollandiya millisi - 742,5 milyon avro; 7. İtaliya millisi - 688 milyon avro; 8. Argentina millisi - 674,7 milyon avro; 9. Almaniya millisi - 653 milyon avro; 10. Uruqvay millisi - 496,43 milyon avro. Martın 21-də Tomas Tuxelin rəhbərliyi altında İngiltərə yığması 2026-cı il dünya çempionatının seçmə turnirinə start verəcək. İngilislər evdə Albaniya millisi ilə qarşılaşacaq. Martın 24-də İngiltərə millisi də doğma meydanda Latviya millisi ilə oynayacaq.

Bizə qoşulun