Medianews.az
İmamoğludan polisə <span style=color:red>gözlənilməz təklif
1,436 baxış

İmamoğludan polisə gözlənilməz təklif

Martın 19-dan həbsdə olan İstanbul böyük şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlu saxlandığı polis idarəsində gözlənilməz təkliflə çıxış edib. Medianews.az xəbər verir ki, bunu Cümhuriyyət Xalq Partiyasından (CHP) millət vəkili Gökhan Günaydın Türkiyənin “Sözcü TV” kanalı ilə yayımlanan “Uğur Dündar Arena” proqramında söyləyib. Polis nəzarətinə alınandan sonra İmamoğlu ilə görüşündən danışan Günaydın bildirib ki, “Əkrəm polis idarəsində hər kəsin könlünü fəth edib”. İmamoğlunun polislərlə zarafat da etdiyini vurğulayan CHP-li millət vəkili daha sonra bildirib: "Hətta dedi ki, burada şərait çox pisdir, buranı bir həftəliyə İstanbul böyük şəhər bələdiyyəsinə verin, müasir və gözəl bir polis idarəsinə çevirək”. Əkrəm İmamoğlu 1970-ci ildə Trabzon bölgəsində doğulub. İstanbul Universitetini biznes idarəçiliyi (bakalavr) və insan resurslarının idarə edilməsi (magistr) ixtisasları ilə bitirib. 1992-ci ildən inşaat biznesində çalışıb. 2008-ci ildə Cümhuriyyət Xalq Partiyasına daxil olub. 2014-cü ildən İstanbulun Bəylikdüzü rayonunun bələdiyyə başçısı postunu tutub. 2019 və 2024-cü illərdə İstanbul böyük şəhər bələdiyyəsinin başçısı seçilib. 2025-ci il martın 18-də İstanbul Universiteti qanunsuz keçid səbəbi ilə Əkrəm İmamoğlu da daxil olmaqla 28 nəfərin diplomunun geri alınmasına qərar verib. Universitetin bununla bağlı açıqlamasında bildirilib ki, qərar aparılan istintaqın nəticələri əsasında qəbul edilib. Qeyd edək ki, İstanbul Prokurorluğu Əkrəm İmamoğlunun bakalavr diplomunun saxta olması ilə bağlı edilən şikayətlər və ölkənin Ali Təhsil Şurası tərəfindən hazırlanmış hesabata əsasən aparılan araşdırma nəticəsində “rəsmi sənəddə saxtakarlıq” cinayəti üzrə istintaq başlatmış və İmamoğlu istintaq çərçivəsində prokurorluğa ifadə vermişdi. Martın 19-u səhər İstanbul Prokurorluğu Əkrəm İmamoğlu da daxil olmaqla, 100-dək şübhəli barəsində müxtəlif cinayətlərə görə həbs qərarı verildiyini açıqlayıb. Şübhəlilər barəsində “cinayətkar dəstənin lideri olmaq”, “hədə-qorxu ilə tələb etmə”, “rüşvət alma”, “fırıldaqçılıq”, “qanunsuz olaraq şəxsi məlumatların əldə edilməsi”, “tenderlərin saxtalaşdırılması” və “terror təşkilatına yardım” ittihamları ilə istintaq aparılır. Medianews.az

Bizə qoşulun