28.02.2025, 12:30
199 baxış
Lamiyə
Mask ABŞ-nin növbəti prezidentinin adını ÇƏKDİ
Amerikalı milyarder İlon Mask ABŞ-nin hazırkı vitse-prezidenti J.D.Vansı Donald Trampın səlahiyyət müddəti başa çatdıqdan sonra dövlət başçısı postuna ən yaxşı namizəd kimi göstərib.
Medianews az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsindəki hesabında yazıb.
"Bütün zamanların ən yaxşı vitse-prezidenti və gələcək prezidentimiz" deyə sahibkar qeyd edib.
Bunları deyərək Mask, Vansın Britaniyanın baş naziri Keir Starmer ilə söz azadlığı məsələsi ilə bağlı son söhbətini sosial mediada şərh edən yazıya reaksiya olaraq bildirib.
ABŞ-nin vitse-prezidenti fevralın 14-də Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı onun Böyük Britaniyadakı mövqeyini tənqid edib.
Medianews az